• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu

Təlimlər

SQL ilə Data Analitikası

image
Müraciət et

Müddət: 20 saat

Dil: Azərbaycan

Sillabus yükləyin

Data ilə heç bir çətinliyiniz qalmasın!

 

Proqramın Təsviri

 

Data Analitikin işi datanı mənalı nəticəyə çevirməkdir. Bunun üçün ilk növbədə databazadan datanı əldə etmək və analiz oluna biləcək formaya gətirmək lazımdır. Bu bilikləri əldə edərək databazada əməliyyatlar aparmaq istəyirsiniz və öyrənmək üçün haradan başlayacağınızı bilmirsizsə, bu təlim tam sizə görədir.

Kurs ərzində siz SQL vasitəsilə məlumatı bazadan çəkmək üçün sorğu yazmağı, məlumatları filtr etməyi, məlumatların formatını dəyişməyi, bir neçə mənbədən vahid mənbə kimi istifadə etməyi və databaza üzərində digər əməliyyatları çox sadəpraktiki şəkildə öyrənəcəksiniz. Bu da sizə məlumatlar üzərində hesablamalar aparmağa, gündəlik, həftəlik, aylıq hesabat və analizlərin hazırlanması prosesini optimallaşdırmağa kömək edəcək.  Kurs daha əvvəl heç bir proqramlaşdırma təcrübəsi olmayan insanların belə rahatlıqla anlayacağı formada hazırlanıb.

Öyrəndiyinizi real problemlər üzərində tətbiq etməniz üçün bu kurs tapşırıqlar, Capstone layihələr, keys və diskussiyalarla zəngindir. Capstone layihələr vasitəsilə siz öyrənilən məlumatların möhkəmləndirilməsinə nail olacaq və kurs sonunda sorğular yazaraq hesabat və analizlərinizi rahat şəkildə yerinə yetirə biləcəksiniz.

Təlimdən sonra siz Databazanı idarə edə biləcək və SQL sorğuları yazmaqla datadan biznesiniz üçün əhəmiyyət kəsb edən mənalı və maraqlı nəticələr əldə edə biləcəksiniz. Təlimdə sizə ünvanlanan maraqlı və əyləncəli onlarla praktiki tapşırıqlar vasitəsi ilə siz real problemlərə həllər yaradaraq öyrənmə fürsəti  əldə edəcəksiniz. Əmin ola bilərsiniz ki artıq böyük SQL sorğusunu gördükdə qorxmayacaqsınız.

 

 

 

Təlimin Məqsədi


Əksər müəssisələrdə iri həcmli məlumatlar üzərində əməliyyatlar aparmaq üçün Excel kimi proqramlardan istifadə olunur ki, bu da bir çox hallarda xeyli vaxt alır və bəzən isə proqramın bu əməliyyatları yerinə yetirməyə sadəcə olaraq gücü çatmır.  SQL vasitəsi ilə məlumatı analitiklər üçün hazırlayan adətən İT(İnformasiya Texnologiyaları) şöbəsinə bağlı işçilər olduğundan, siz hər dəfə lazım olan məlumatı əldə etmək üçün onları gözləmək məcburiyyətində qalırsınız. Məsələn: 2 milyon sütunu olan data faylını siz Excel vasitəsilə aça bilmirsiniz və ya 1 milyonluq sətr VLOOKUP edildikdə Excel donur və bəzən əməliyyat sona çatmır. Bəzən isə İT departamentinin öhdəliklərinin çoxluğu sizin işinizi gecikdirir.
Təlimin məqsədi bu kimi vaxt alan proseslərin bu iş üçün daha uyğun olan SQL vasitəsilə, daha effektivdaha az vaxt ərzində, ən əsası isə  birbaşa analitik olaraq özünüzün həyata keçirməsini təmin etməkdir. Beləliklə sizə lazım olan datanı özünüz əldə etməyi bacaracaqsınız.

 

 

 

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?

 

-  Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analitikasını öyrənən və bu sahəyə marağı olanlar;

-  Mürəkkəb biznes məsələlərinə cavab axtaran və hesabat hazırlayanlar

-  Biznes sahibləri, şirkəti daha yaxşı anlamaq istəyən satış və ya marketinq üzrə çalışanlar

-  Tələbələr, yeni məzun olanlar, data analitikası sahəsində karyeraya başlamaq istəyənlər, iş axtarışında olanlar

-  Və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs.

 

 

 

Metodologiya

 

Öyrəndiyinizi real problemlər üzərində tətbiq etməniz üçün bu kurs tapşırıqlar, məsələlər, keysdiskussiyalarla zəngindir. Nümunə data üzərindəki proseslər asanlıqla istənilən həcmdə məlumat bazasında tətbiq edilə bilər. Kurs əsasən praktik xarakter daşıdığından materialın yadda qalması da asan və sürətli şəkildə baş verəcəkdir. Ev tapşırıqları vasitəsilə siz öyrənilən məlumatların möhkəmləndirilməsinə nail olacaq və kurs sonunda sorğular yazaraq hesabat və analizlərinizi rahat şəkildə yerinə yetirə biləcəksiniz.

 

 

 

Təlim üçün tələblər nələrdir?

 

Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Sadəcə data analitikası sahəsinə və SQL öyrənməyə həvəsli olmalısınız!

 

 

 

Təlim müddətində mentorluq xidməti

 

Müştəri məmnuniyyətini önə alaraq və iştirakçı rəyini nəzərə alaraq təlimin proqramını və keyfiyyətini daim təkmilləşdiririk. Bu məqsədlə təlim müddətində iştirakçılara mentorluq xidməti göstəriləcək. Mentor, təlim müddətində iştirakçının suallarını cavablandıracaq, keçirilənləri təkrarlamaqda, tapşırıqları və keysləri yerinə yetirməkdə iştirakçılara kömək edəcək. Bununla iştirakçılar əldə etdikləri bilikləri möhkəmləndirərək analitikanı daha yaxşı mənimsəmiş olacaqlar.

 

 

 

Təlimin ünvanı, vaxtı, müddəti və qiyməti:

 

Ünvan:              Aşıq Alı 2A,(Odlar Yurdu Universiteti ilə üzbəüz)
M
üddət:             20 saat (4 həftə, hər həftə 5 saat)

 

Təlim cədvəli:

 

Online təlimlər:

- 5 Fevral 2022, saat 15:00

 

Ofis daxili təlimlər:

- 5 Fevral 2022, saat 15:00

İştirak etmək üçün qeyd:

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.

* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

 

 

Məlumat üçün əlaqə vasitələri:

 

E-mail : info@qss.az

Əlaqə tel : (+99477) 341 43 40