• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu

Təlimlər

SPSS ilə Data Analitikası

image
Müraciət et

Müddət: 40 saat

Dil: Azərbaycan dili

Sillabus yükləyin

QSS Analytics Tədqiqat və İnkişaf Mərkəzi, 40 saatlıq “Statistika və IBM SPSS” təlim proqramını elan edir.

 

 

 

Təlim haqqında

 

Təlimin məqsədi, tədqiqat işi aparanlar, həmçinin Statistika və ya Riyaziyyatı peşəkar səviyyədə bilməyənlər üçün praktiki bilikləri tədris etməklə onların tədqiqat prosesini asanlaşdırmaqdan ibarətdir. Sosial elmlər üçün Statistika Paketi (Statistical Package for Social Seciences - SPSS), Bizneslər, Dövlət müəsisələri, Elmi Tədqiqat İnstitutları, Akademik təşkilatlar üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. SPSS böyük həcmli data ilə işləyən və ya sadəcə cəld və dəqiq bir şəkildə statistik araşdırma aparmaq istəyən hər kəsin seçimidir. Bu təlim proqramı tezliklərin hesablanması, qrafik və siyahıların tərtib olunması kimi çox sadə hesablamalardan daha çətin sayılan logistik reqressiya, çoxdəyişənli statistika analizi, modelləşdirməklaster analizi kimi bir çox bilikləri özündə birləşdirir. Eyni zamanda SPSS Modellər vasitəsilə Predictive Analizlərin aparılmasına yardımcı olacaq.

 

 

 

Təlimdə iştirak etməklə siz aşağıdakı bilik və bacarıqları əldə edəcəksiniz:

 

  • Fundamental statistika bilikləri ilə yanaşı, SPSS ilə əlaqədar praktiki bacarıqlar;
  • SPSS və R ilə alınan nəticələri şərh etmək;
  • Hipotezinizi test etməklə tədqiqatınızda qarşıya qoyduğunuz suala cavab tapmaq;
  • SPSS Modeller vasitəsil Predictive analizlərin aparılması;
  • Sadə və ya mürəkkəb model qurmaqla tədqiqatınız üçün ciddi və tutarlı nəticələri analiz etmək;
  • Tədqiqatınızda analizləri daha tez və daha dəqiq şəkildə yerinə yetirmək və elmi əsaslı nəticələr ortaya çıxarmaqla
    • qərarvermə sürətinizin artacaq;
    • işinizin keyfiyyətinin yüksələcəkdir;
  • Təlim müddətində əldə etdiyiniz bilikləri Tədqiqat Layihəsi (TL) vasitəsi ilə real tədqiqata tətbiq etməklə müvafiq elmi əsaslı nəticələr əldə etmək. (Bu Tədqiqat Lahiyəsi sizin üzərində işlədiyiniz hansısa biznes, sosial və ya akademik tədqiqatınız ola bilər

 

 

 

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?

 

- Böyük həcmli data ilə işləyən ictimai və özəl sektor çalışanları;

- Elmi tədqiqat institutlarının əməkdaşları;

- Elmi tədqiqat ilə məşğul olan magistratura və doktorontura namizədləri;

- Analiz bacarıqlarını praktiki olaraq inkişaf etdirmək, dəqiq nəticələri sürətli şəkildə əldə etmək istəyənlər;

- Gələcəkdə bu sahədə çalışmağı planlaşdıran tələbələr və digər şəxslər.

 

 

 

 Metodologiya

 

Təlimin hər dərsində bütün analizlər üçün

    • qısa lakin hərtərəfli izah verilir;

    • hər bir proseduru SPSS vasitəsi ilə necə yerinə yetirəcəyiniz izah olunur (praktiki olaraq);

    • bütün statistik prosesləri, elmi terminləri mümkün olduğu qədər azaltmaqla sadə və anlaşıqlı şəkildə tədris edilir. (riyazi formulalar çox zəruri olduğu təqdirdə izah oluna bilər)

 

 

Təlim üçün tələblər nələrdir?

 

Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Sadəcə sizi tədqiqatınızda və karyeranızda 1 addım önə atacaq bu bilikləri öyrənməniz üçün həvəsli olmalısınız!

 

 

Təlim proqramında nələri öyrənəcəksiniz?

 

    ♦ SPSS-ə giriş və SPSS faylları ilə iş;

    ♦ SPSS-də qrafiklərin yaradılması və sadə təhlil üsulları;

    ♦ Data transformasiyası;

    ♦ Tək-nümunəli testlər (One-sample tests) ;

    ♦ Korrelyasiya;

    ♦ Variasiya analizi/ANOVA;

    ♦ Ümumi xətti modellər;

    ♦ Reqressiya, çoxölçülü reqressiya modeli;

    ♦ Klaster analizi.

*Daha ətraflı məlumat üçün təlim proqramını yükləyin.

 

 

Təlim müddətində mentorluq xidməti

 

Müştəri məmnuniyyətini önə alaraq və iştirakçı rəyini nəzərə alaraq təlimin proqramını və keyfiyyətini daim təkmilləşdiririk. Bu məqsədlə təlim müddətində iştirakçılara mentorluq xidməti göstəriləcək. Mentor, təlim müddətində iki dəfə skype vasitəsilə iştirakçının suallarını cavablandıracaq, tapşırıqları etməkdə, keçirilənləri təkrarlamaqda və Tədqiqat Layihəsini (TL) tətbiq etməkdə iştirakçılara kömək edəcək. Bununla iştirakçılar əldə etdikləri bilikləri möhkəmləndirərək analitikanı daha yaxşı mənimsəmiş olacaqlar.

 

 

Təlimin ünvanı, müddəti və qiyməti: 

 

Ünvan:               Aşıq Alı 2A (Odlar Yurdu universiteti ilə üzbəüz )
Müddət: 
          40 saat ( 8 həftə, hər həftə 5 saat)

 

Təlim cədvəli:

 

Online təlimlər

- 8 Yanvar, 2022, saat 15:00

 

Ofis daxili təlim:
- 8 Yanvar, 2022, saat 15:00

İştirak etmək üçün qeyd:

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.

* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

Məlumat üçün əlaqə vasitələri:

E-mail : info@qss.az

Mob. : (+99477) 341  4340 

 

Olduqca səmərəli təlim olaraq qiymətləndirirəm.