• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
15 Aprel 2018

Facebookdakı datalar Cambridge Analytica tərəfindən necə istifadə edilir?


Data Analitikası | Təranə Şirinbəyli |
image

Amerikadakı prezident seçkilərindən Trumpa, “fake news”, yəni yalançı xəbərçilikdən psixoqrafika ilə irəli təbliğat texniklərinə qədər bir çox mövzunun yer aldığı qarışıq bir texnoloji hekayə sizi gözləyir.

Facebook səhifəmizi hər açdığımızda facebook bizim üçün bir timeline təqdim edir. Bunun bir alqoritmlə əlaqəli olduğu düşünülsə də, bunun əksinə, New Yorkda bir departamentdə işləyən 25 nəfərlik təcrübəli jurnalistlərdən ibarət bir komanda medyada çıxan xəbərləri tək-tək seçərək bu alqoritmə kömək edirlərmiş. Problem odur ki, bu araşdırmanı aparan jurnalistlərin hamısı Amerikadakı seçki kampaniyasında Clintonu dəstəkləyirdilər. Yəni onlar öz fikirlərinə uyğun olan xəbərlərə daha üstünlük vermişdilər. 2 il əvvəl başqa bir jurnalist bu skandalı ortaya çıxardıqda, Facebook bundan ötrü üzr istədi, həmin departamenti bağladı və başındakı insanı işdən çıxardı. Sonra isə tam qarşı fikirli, yəni Trump dəstəkçisi mühafizəkarları Facebook şirkətinə dəvət edərək onların könlünü almağa çalışdı. Bu hərəkəti ilə Zuckerberg qarşı düşüncəli mühafizəkarların “Troya atı”nı facebookun mərkəzinə oturtmuş oldu. Facebook platformasının necə işlədiyi haqda onları məlumatlandırdı və bundan sonra bütün xəbərlərin ancaq alqoritmlərə uyğun şəkildə yüklənəcəyini dedi. Bundan 8 ay sonra isə prezident seçkilərini Trump qazandı və bu nəticəyə təkcə bütün dünya deyil, onu seçən mühafizəkarlar belə təəccübləndilər. Bütün bunlara facebookda yayımlanan “fake news”un yol açdığı düşünülür. Bəs bu yalan xəbərlər o platformaya necə yerləşdirilir? Bir sosial medyadan istifadə edərək toplum mühəndisliyi etmək olarmı, olarsa, necə?

–Təbii ki, DATA vasitəsilə.

 

Keçdiyimiz günlərdə facebook 87 milyona çatan istifadəçinin məlumatlarının Cambridge Analytica ilə yanlışlıqla paylaşıldığına inandığını söylədi. Cambridge Analytica şirkəti isə bu məlumatların Donald Trump-ın ABŞ prezident seçkilərini qazanmasına köməklik etdiyini iddia edir. Bəs facebook bir istifadəçinin məlumatlarını necə bir şəxsiyyət tipinə çevirdi və bu məlumatlardan necə istifadə etdi?

2016-cı ilə qayıdaq. Böyük bir konfransda Alexander Nix (Cambridge Analyticanın əvvəlki rəhbəri) “Big Datanın gücü və psixoqrafiya” mövzusunda çıxış edir. Qeyd edirdi: “Təbliğat üçün demoqrafik və coğrafi analizdən başqa daha çox psixoqrafik analizə ehtiyac vardır. Seçim edərkən insanların seçimində onların xarakterlərinin çox böyük rolu vardır. Ortaya OCEAN adında bir metodologiya qoyduq”. Hətta Amerika seçimlərində bunu necə istifadə etdiklərini tam açıq şəkildə izah edir. İnsanlara verəcəkləri qərarın qorxuducu nəticələrini öncədən göstərərək duyğularına təsir etdiklərini deyir. Böyük şirkət olan Cambridge Analytica istifadəçilərin sadəcə öz facebook təsirlərindən psixoloji olaraq bir profil yaratdıqlarını deyir. “Böyük beşlik” şəxsiyyət testi psixoloqlar tərəfindən illərlə istifadə edilir. Bu, beş əsas xüsusiyyətə görə müəyyən edilir.

 

 

Açıqsözlülük; Yeni təcrübələri xoşlayırsınızmı?

Dürüstlük; nə qədər mükəmməliyyətçisiniz?

Sosiallıq; partiləri sevirsiniz?

Mehribanlıq; digərlərinə qarşı nə qədər gülərüzsünüz?

Əsəbilik; tez-tez narahat hiss edirsiniz və ya tez qəmgin olursunuz?

Bir araya gətirildikdə bu geniş mənalı xüsusiyyətlər insanları şəxsiyyətə çevirir. Məsələn, bu insan bir macərapərəstdir. Açıqsözlü, bir az əsəbidir və dəyişikliyi xoşlayır.

Və ya başqa biri, qoruyucudur. Mehriban, sosialdır və o, başqalarını düşünür.

 

Və ya bir rəhbər. Dürüst və açıqsözlü, o əsl bir liderdir.

Bəs alqoritm necə olur? Cavab belə izah olunur: Sadəcə 10 “like” kifayət edir ki, nə cür bir şəxs olduğunuz kollegalarınızdan daha yaxşı təxmin edilsin. 150 “like” valideynlərinizdən və sadəcə 300 “like” şəxsiyyətinizi həyat yoldaşınızdan, biraz daha çox “like” isə hətta sizi özünüzdən belə daha yaxşı tanımağa kifayət edir. Amma biz hər gün “like” lardan daha çox şey paylaşırıq. Bizim rəqəmsal ayaq izimiz ucsuz-bucaqsızdır, status postlarının, “share”lərin, fotoların, mesajların daim böyüyən webi. Bütün bunlar bizim kim olduğumuz haqqında çox geniş məlumatlar verir. 

Facebookda hər gün müəyyən şəxsiyyət növlərində qurulmuş, insanların ən daxili qorxuları, ehtiyacları, duyğuları üçün uyğunlaşdırılmış yüzlərlə reklam, elan yayımlanır. Məsələn, “Trumpın əsas vədlərindən biri ikinci düzəlişin müdafiəsi idi. Şəxsi silah daşıma haqqı”. İnsanlardan məlumat almağın ən yaxşı yolları onların qorxuları və ümidləridir. Hansı xəbərlərin, hansı reklamların yayımlanacağını müəyyən edən istifadəçinin “Böyük Beşlik” skorudur. Ancaq bu mesajların təbliğat xarakterli olması bilinməməlidir. Çünki bu zaman insanlar onun mənbəyini axtarmağa çalışacaqdır.

Məsələn, bayaqkı macərapərəst şəxs açıqfikirlidir, ancaq tez-tez düşüncəsizliklər edir. Bəzən nevrotik olaraq belə şeylər müşahidə edilə bilər. Və ya bir qoruyucu şəxsin qarşılaşdığı reklamlar kənardan gələn, azadlığa olan təhlükələrə qarşı  mesaj verir.Nəhayət, rəhbər, rasional düşüncəli irəli planlayıcı, ailəsi və gələcəyi üçün qoruyucu mesajlar alır.

Bəs Big Data seçimdə qalib gəlir? Cambridge Analytica bunu iddia edir. Deyilənə görə, Prezident Trumpa  qalibiyyət marginini verən onların məlumat və araşdırmaları idi. Amma bunu isbat etmək mümkün deyil. Heç kim keçmiş düşüncələri izləyə bilmir, kim necə, hansı reklamın təsirindən səs verdi və s. Onlar həmçinin çox dəyişkəndirlər. Dünya partiyaları Cambridge Analyticanın dediklərini göz önündə tutacaq. Bəs onlar növbəti seçkilərdə bizim gördüyümüz reklamları dəyişdirəcəkmi? Və bu reklamlar bizim fikirlərimizi dəyişdirəcəkmi?

İstinad edilmişdir:
1. BBC.news

2. Barış Özcan

Fikir Bildir: