• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
16 Mart 2020

Süni İntellekt və Data elmi vasitəsi ilə Koronavirus ilə necə mübarizə aparılır?


Artificial Intelligence | Tural Kərimov |
image

     Çinin Uhan şəhərindən başlayan coronavirus bu günədək azı 100 ölkəyə varmış, dünyanı təhlükəli bir vəziyyətlə baş-başa buraxmışdır. Çin öz güclü texnologiya sektoruna, xüsusi olaraq süni intellekt (AI) və Data Science-ə arxalanaraq virusa qarşı addımlar atmağa başladı. Bununla yanaşı, Alibaba, Baidu, Huawei və başqa texnologiya şirkətləri də səhiyyədə öz təşəbbüslərini sürətləndirdi. Virus yayılmağa davam etdikcə, startuplar texnologiyanı hərəkətə gətirmək üçün bütövlükdə həkimlər,alimlər və dövlət orqanları ilə işə başladılar. Süni intellekt, Data Science, və texnologiyanın  COVİD-19-a qarşı mübarizədə 10 fərqli yolla tətbiqinə birlikdə nəzər yetirək:
 

1. Süni İntellektlə xəstəliyi müəyyən etmək, izləmək və proqnozlaşdırmaq -  Virusu nə qədər yaxşı izləyə bilsək, bir o qədər də yaxşı mübarizə apara bilərik. Xəbərlər, sosial media platformaları və hökümət sənədlərini təhlil edərək, AI virusu təyin etməyi öyrənə bilər. Kanadadakı BlueDot startup-ı  Süni İntellektdən istifadə edərək yoluxucu xəstəlik risklərini izləmək bacarığına malikdir. Belə ki, Dekabrın 30-da BlueDot Çinin Uhan şəhərindən başlayan  "qeyri-adi pnevmoniya" hadisəsi barədə xəbərdarlıq etdi. BlueDot  təhlükəni Ümumdünya Səhiyyə Təşkilatı ictimai xəbərdarlıq  etmədən doqquz gün əvvəl bildirmişdi. Bundan əlavə, BlueDot yoluxmuş şəxsin hara səyahət edə biləcəyini əvvəlcədən bilmək üçün beynəlxalq hava yolları bilet məlumatları kimi vasitələrdən istifadə edərək Wuhan ilə çox bağlı olan şəhərləri düzgün müəyyənləşdirə bildi. BlueDotun təxmin etdiyi  beynəlxalq istiqamətlər Wuhan'dan ən çox səyahət edilənlər olacaqdı: Bangkok, Hong Kong, Tokyo, Taipei, Phuket, Seoul və Sinqapur. Sonda siyahının başında gələn şəhərlər, COVID-19 iddiasını alan ilk yerlər oldu. BlueDotun açarı Big Data-dır. Rəsmi ictimai səhiyyə təşkilatlarının, rəqəmsal medianın, beynəlxalq aviabiletlərin və əhali demoqrafiyası məlumatları da daxil olmaqla yüz minlərlə mənbədən məlumatları toplamaq üçün NLP (Natural Language Processing) və maşın öyrənməsindən (Machiene learning) istifadə edir.
 

2. Süni İntelleklə  virusu diaqnoz etmək - Süni intellekt şirkəti İnfervision, ön xəttdəki səhiyyə işçilərinə xəstəliyi səmərəli və effektiv şəkildə aşkarlamağa və izləməyə kömək edən AI həllini təqdim etdi. Virus səhiyyə müəssisələrində görüntü şöbələri üçün iş yükünün artırmışdı. Xəstələr və həkimlər adətən Kompüter tomoqrafiyası (CT)  nəticələrini əldə etmək üçün bir neçə saat gözləməli olurdular, ancaq Infervision AI hər bir hal üçün CT diaqnoz sürətini artırır və xilas olunan hər dəqiqə xəstəxanada çirklənmə ehtimalını azaltmaq üçün vacibdir. Bundan əlavə, Çinin elektron ticarət nəhəngi Alibaba bir saniyədə 96% dəqiqliklə virusu müəyyən edən AI ilə diaqnoz sistemini qurmuşdur.
 

3. Səhiyyədə ödənişləri asanlaşdıran blockchain platforma - Bu dönəmdə iş yükü artan təkcə səhiyyə sistemlərinin kliniki əməliyyatları deyil, həm də xəstələrin qəbulu ilə məşğul olan biznes və inzibati bölgülərdir. İş mühitində Çin Ticarət Nazirliyinin tövsiyələrindən biri də kart və mobil ödənişlərə təşviq etmək idi. Elə həmin zamanda Alipay'ın sahibi Ant Financial, blokchain əsaslı qarşılıqlı yardım platforması Xiang Hu Bao'ya malik idi. O , 100 kritik xəstəlik üçün sağlamlıq ödəmələrini təmin edə bilirdi. Ant Financial, Coronavirus'u da bura əlavə etdi və bu xəstəliyi öz vəsaiti hesabına ödəyəcəkdi. Ant Financial tərəfindən təklif olunan bu blockchain platforması ödəmələri sürətləndirməyə kömək edir, həmçinin, xəstələr və xəstəxana işçiləri arasında qarşılıqlı təması azaldır.
 

4. Dronların tibbi ləvazimatları çatdırması - Virusun yayılmağa başladığı bir əraziyə tibbi ləvazimatları yetişdirməyin ən təhlükəsiz və sürətli yolu pilotsuz uçuş aparatlarından istifadə etməkdir. Terra Drone, pilotsuz uçuş aparatlarından istifadə edərək minimum risk ilə tibbi təchizatı və karantin materialını "Xinchang County xəstəliklərə nəzarət mərkəzi" və Xalq Xəstəxanası arasında daşıyır. Dronlar həmçinin ictimai yerlərə nəzarət etmək, karantin mandatlarını  izləmək üçün istifadə olunur.
 

5. Robotlar sterilizasiya edir, yemək daşıyır və digər vəzifələri yerinə yetirir - Robotlar virusa həssas deyildir, buna görə də insanlar arasında qarşılıqlı təması azaltmaq üçün təmizlik, sterilizasiya, qida və dərman çatdırmaq kimi bir çox işləri yerinə yetirmək üçün istifadə olunurlar. Blue Ocean Robotics şirkətinin UVD robotları ( Ultraviolet Disinfection) bakteriya və virusları öldürmək üçün ultrabənövşəyi işıqdan istifadə edir. Çində Pudu Technology şirkəti, adətən, iaşə sənayesində istifadə olunan robotlarını ölkənin 40-dan çox xəstəxanasına yerləşdirdi.
 

6.  Dərmanların hazırlanması - Google'un DeepMind bölməsi, virusu yarada biləcək proteinləri anlamaq üçün ən son AI alqoritmlərindən və hesablama gücündən istifadə etdi və müalicənin tapılmasına kömək etmək üçün nəticələri dərc etdi. BenevolentAI dünyanın ən ağır xəstəliyinə qarşı mübarizə apara bilən dərmanlar tapmaq üçün Süni İntellekt sistemlərindən istifadə edir və indi koronavirusun müalicəsi üçün göstərilən səyləri dəstəkləyir. Şirkət ilk dəfə olaraq yoluxucu xəstəliklərə yönəlik məhsul üzərində işləyir. Şirkət faydalı ola biləcək mövcud dərmanları təklif etmək üçün öz proqnoz imkanlarından istifadə etdi.
 

7. Qorunma üçün qabaqcıl parçalar - İsrail startup-ı olan Sonovia kimi şirkətlər, sağlamlıq müəssisələrini və başqalarını metal oksid nano-hissəciklərinə güvənən anti-patogen, bakteriya əleyhinə parça ilə hazırlanan üz maskaları ilə təmin edə biləcəyinə ümid edir. Maskalar və digər qoruyucu məhsullar hazır olduqdan sonra Amazon mağazası açılacağı bildirilir.
 

8. Süni İntellektlə uyğunsuzluq göstərən və ya virusa yoluxmuş şəxsləri müəyyən etmək - Texnologiya və Süni İntellektin mübahisəli istifadəsi ilə yanaşı , Çinin inkişaf etmiş nəzarət sistemi SenseTime-dan qızdırma ola bilən və virusa daha çox meylli insanları müəyyənləşdirmək üçün üz tanıma (facial recognition) texnologiyasından və temperaturun aşkarlanması proqramından istifadə etmişdir. Bənzər texnologiya vasitələrindən olan "ağıllı dəbilqələr" (smart helmets)  Sichuan əyalətinin vəzifəli şəxsləri tərəfindən qızdırma olan insanları müəyyən etmək üçün istifadə edilib. Çin hökuməti ayrıca, səyahət tarixi, virus qaynar nöqtələrində nə qədər vaxt keçirdikləri və virusu daşıyan insanlara təsiretmə riskini müəyyənləşdirmək və qiymətləndirmək üçün Big data-dan istifadə edən Sağlamlıq Kodu ( Health Code) adlı bir izləmə sistemi hazırlamışdır. Vətəndaşlara, kütləvi WeChat və ya Alipay tətbiqetmələri vasitəsilə karantin altına alınması və ya ictimai yerlərə icazə verilməməsi barədə rəngli kod (qırmızı, sarı və ya yaşıl) verilir.

 

9. Məlumat bölüşmək üçün chatbotlar – Tencent şirkəti WeChat-ı işlədir və bununla insanlar pulsuz onlayn tibbi məsləhət xidmətlərindən faydalana bilərlər. Chatbotlar həm də səyahət və turizm sənayesində xidmət göstərənlər üçün ən son səyahət prosedurları və pozuntular barədə yenilənmələri təmin etmək üçün vacib ünsiyyət vasitəsinə çevrilmişdir.

 

10.  Koronavirus peyvəndi üzərində işləyən Superkompüterlər - Tencent, DiDi və Huawei kimi bir neçə nəhəng texnoloji şirkətin cloud hesablama mənbələri superkompüterləri tədqiqatçılar tərəfindən virusa qarşı bir müalicə və ya peyvəndin inkişafını sürətli izləmək üçün istifadə olunur. Hesablamalar və model həlləri tətbiq olunacaq bu sistemlərin sürəti standart kompüter işlənməsindən daha sürətli olur.

 

 

COVID-19 kimi qlobal bir pandemiyada, texnologiya, Süni Intellekt və Data Science baş vermiş infeksiya ilə mübarizədə dünya üçün əvəzolunmaz vasitəyə çevrilmişdir. Baş vermiş inqilabi yeniliklər dünyanın gələcəyini Big Data, Artificial Intelligence, Data Science olmadan təsəvvür etməyin mümkün olmadığını sübut edir.

 

Fikir Bildir: