• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
06 May 2017

Analitikanın Linkedin Şirkətinə faydası.


Data Analitikası | QSS Team |
image

         Conatan Qoldmen 2006-cı ilin iyununda biznes şəbəkəsi olan Linkedin`ə gəldikdə bura hələ startap mühitini xatırladırdı. Bu zaman 8 milyona yaxın insan qeydiyyatdan keçmişdi və bu rəqəm çalışanların öz dostlarını və kolleqalarını dəvət etməsi ilə getdikcə artırdı. Lakin istifadəçilər saytda olan insanlarla idarəçilərin gözlədiyi səviyyədə əlaqə qurmağa can atmırdılar. Sosial təcrübədə nəsə açıq-aşkar olaraq çatışmırdı. Bir Linkedin menecerinin də dediyi kimi `Bu sanki bir yığıncağa qatılmaq və heçkəsi tanımadığınızı hiss etdiyiniz o an kimi idi. Sadəcə küncdə dayanıb sakitcə öz içkinizi içirsiniz və böyük ehtimalla oranı erkən tərk edirsiniz`.


Hesablar arasında gördüyü əlaqələr və istifadəçi profillərinin zənginliyi Stanford universitetinin elmlər namizədi olan cənab Qoldmenin diqqətini çəkdi. İlk baxışdan dağınıq datalar və içindən çıxılmayacaq bir analiz kimi görünsə də, o zamanla bəzi imkanları gördü. Nəzəriyyələr formalaşdıraraq, hipotezlər sınayaraq profil sahiblərinin məlumatları arasında əlaqələri tapmağa başladı və yaratdığı metodların yeni istifadəçilər üçün dəyər yaradacağını düşünürdü. Lakin Linkedin`in mühəndis komandası saytı formalaşdırmaqla bağlı çətinliklərlə üzləşdi və Qoldmen`in ideyaları ilə elə də maraqlanmadılar. Nə üçün istifadəçilərin öz əlaqələrini idarə etmək üçün Linkedin`e ehtiyacı olsun ki? Saytın onsuz da bütün üzvlərin məlumatlarını daxil edə biləcəyi bir adres dəftəri var idi. Onlar belə düşünürdülər.


Xoşbəxtlikdən, Reyd Hoffmen, Linkedin`in CEO-su ( hal hazırda icraedici direktordur), analitikanın gücünü anladı, çünki özünün də PayPal təcrübəsi var idi və Goldmeni yüksək dərəcədə qiymətləndirdi.  Bundan sonra o öz ideyasını həyata keçirməyə başladı, və bir-birini tanımayan, lakin tanımaq ehtimalı yüksək olan insanların əlaqəyə keçərsə necə reaksiya verəcəklərini test etdi, məsələn eyni məktəbdə və iş yerində fəaliyyət göstərən insanlar əlaqə qursalar necə olar? O, buna hər istifadəçinin background`una yazdığı məlumatları eyniləşdirən 3 ən yaxşı kombinasiyanın reklam kompaniyasını yaratmaqla başladı.


Bundan bir neçə gün sonra saytda nəsə önəmli bir şeyin baş verdiyi hiss olunurdu. Reklamların kliklənmə sayı ən yüksək həddə çatmışdı. Qoldmen araşdırmalarına davam etdi, və “üçbucaq bağlanma” adını verdiyi fikrini inkişaf etdirdi-əgər siz Lari və Su`nu tanıyırsınısa, o zaman Lari və Su`nun da bir birini tanıması üçün də bir şans verin. Qoldmen və komandası bunu sadəcə bir kliklə etmək üçün də çalışmağa başladılar. 


Data analitiklərinin lazımi sayda olmaması bəzi sektorlarda ciddi sıxıntıya çevrilməyə başladı. 
Çox çəkmədi ki, bu fikir Linkedin`in top menecerləri arasında da tanındı və standart funksiyaya çevrildi. O zamanlar həqiqətən başlayırdı! “Tanıya biləcəyiniz insanlar” reklamlarına müraciət saytdakı digər funksiyalara olan müraciətdən 30% faiz daha yüksək oldu və milyonlarla yeni səhifə görüntülənməsi qeydə alındı. Bir funksiya nəticəsində, Linkedin`in böyümə səviyyəsi önəmli dərəcədə artdı.

 

Fikir Bildir: